
Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:
“Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”, – Eşqin Qasımov deyib.
Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Gununsesi.info