
Polşada Baş nazirin köməkçisi və iqtidardakı Hüquq və Ədalət Partiyasının lideri Jaroslav Kaczynski “Vaqner” qüvvələrinin Belarusdakı varlığı səbəbi ilə ölkəsinin şərq sərhədlərindəki əsgəri varlığını gücləndirəcəyini söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Jaroslav Kaczynski axşam saatlarında gerçəkləşən Təhlükəsizlik Komitəsinin toplantıısnın ardından dəyərlərndirmələr edib.
Təhlükəsizlik toplantısında önəmli qərarlar alınıb. “Şərq sərhədlərimizin qorunmasını gücləndirmək üçün həm bəzi müvəqqəti proyektlər, həm də qalıcı olacaq layihələr baxımından, önəmli qərarlar alındı. Bunlar Belarusdakı potensial olaraq yeni bir durumun “Vaqner” silahlı qrupunun varlığının nəticəsidir”.
Jaroslav Kaczynski “Vaqner”in Belarusda 8 min əsgərinin ola biləcəyini söyləyib.
Tərcümə: Arzu