Polis vətəndaşlardan avtomat və tüfənglər götürdü

Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 1 avtomat, 3 tüfəng aşkar edərək götürüb.

 

Bu barədə Gununsesi.info  -ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng və 27 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

Həmçinin, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

 

 

Gununsesi.info