ŞOK OLAY: Bacısının kəsilmiş başı ilə küçədə gəzən gənc həbs edildi – FOTO

Meksikada 19 yaşlı gənc bacısının kəsilmiş başı ilə küçədə gedərkən polisə yaxalanıb. Həmin şəxsin bacısının meyiti bir neçə yüz metr aralıda yerləşən yanacaqdoldurma məntəqəsində tapılıb.

Gununsesi.info bildirir ki, yerli mətbuatda gedən xəbərə görə, dəhşətli hadisədə şahidlər Quiroga şəhərindəki klinikanın yaxınlığında əlində kəsilmiş qadın başını tutan bir şəxsi görüblər. Hadisə şahidləri dərhal polisə zəng edərək vəziyyəti xəbər veriblər. Prokurorluqdan verilən məlumata görə, polis əməkdaşları sərxoş olduğu görünən şəxsi saxlayıblar.

Həmin şəxsin əlində tutduğu kəsilmiş başın onun bacısına məxsus olduğu müəyyən edilib. Ölən qadının cəsədi bir neçə yüz metr aralıda yerləşən yanacaqdoldurma məntəqəsində çılpaq halda tapılıb.

Gununsesi.info