Ermənistan-Gürcüstan sərhədində zəlzələ olub

Ermənistan-Gürcüstan sərhəd zonasında zəlzələ baş verib.

Gununsesi.info  xəbər verir ki, bu haqda Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 3:40-da Taşir şəhərindən 8 km şimal-şərqdə 3.3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

 

 

Gununsesi.info