
Bu gün Bakı şəhər Tbilisi prospektində yerləşən “Grand Hayat” yaşayış kompleksində yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb. Qurumdan bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd televizor, 1 ədəd kondisioner, 1 ədəd divan və divar kağızı 6 m² sahədə yanıb: “Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.