Bu makiyaj qadınları daha cəlbedici və gözəl göstərir. “Pişik baxışları” makiyajında əsasən, gözlərə önəm vermək lazımdır.
Gununsesi.org hər zaman dəbdə olan bu makiyaj növünü evdə rahat etməyiniz üçün aşağıdakıları təqdim edir:
· Gözün dib hissəsini açıq, ortanı tünd qəhvəyi göz kölgəsi ilə rənglə. Uc hissəyə isə qara göz kölgəsi yay. Çalış, kölgə göz kənarlarından çıxsın.
· «Pişik baxışlar» makiyajında göz qələmindən istifadə etmək olmaz. Gözün üstünə layner çək. Kirpiklərin yalnız uc hissəsinə tuş vur.
· Gözün altına nazik fırça ilə qəhvəyi göz kölgəsi yay.
· Kərpic rəngli ənlikdən istifadə et. Çalış, ənliyi yanağına uzununa çək.
· Makiyajda açıq rəngli tonal kremdən istifadə etmək lazımdır.
· Dodaq boyası isə təbii rəngdə olmalıdır.
COMMENTS