Peruda həbsxanada üsyan: 9 məhkum öldü

Peruda həbsxanada üsyan: 9 məhkum öldü

Perunun paytaxtı Limadakı Miquel Kastro həbsxanasında üsyan olub.
Gununsesi.org Qaynarinfo-ya istinadən xəbər verir ki, insident nəticəsində 9 məhkum həyatını itirib. Üsyana səbəb isə koronavirusla mübarizə tədbirlərinin lazımi səviyyədə yerinə yetirilməməsi olub. Belə ki, həbsxanada bir neçə məhkum Kovid-19-dan həyatını itirib. Əfv çağırışı edən məhkumlar koronavirusdan ölən 2 nəfəri cəsədi ətrafına toplaşıblar.
Səlahiyyətlilər məhkumların üsyan əsnasında vurularaq öldürüldüyünü bildiriblər. Onları vuranlar barəsində istintaq başladılıb.
Qeyd edək ki, Peruda həddən artıq dolu olan həbsxanalarda bu vaxta qədər Kovd-19-dan 13 nəfər həyatını itirib. 500 və 100-dən çox həbsxana nəzarətçisində də infeksiyaya yoluxma halı qeydə alınıb.

COMMENTS