“Microsoft”un həmtəsisçisi, milyarder və xeyriyyəçi Bill Geyts koronavirus pandemiyasından sonra dünyanın nə zaman normal həyata qayıdacağını proqnozlaşdırıb.
Gununsesi.org-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, “Le Figaro” qəzetinə müsahibəsində danışıb.
Geytsin sözlərinə əsasən, virusun bütün nəticələrini tam aradan qaldırmaq üçün cəmiyyətə bir ildən iki ilə qədər vaxt lazımdır.
Beləliklə, pandemiyanın ilk mərhələsindən çıxmaq üçün təhlükəli mərhələyə qayıtmaq riskini aradan qaldıran fəaliyyət sistemi qurmaq lazımdır.
Milyarderin fikrincə, normal həyata qayıtmaq üçün əsas addım peyvəndin hazırlanması olacaq. Bill və Melinda Geyts Fondu hazırda bu məsələnin üzərində işləyir.
Gununsesi.org
COMMENTS