İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.
Gununsesi.org-un xəbərinə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.
“Cəmi 34 hərbçiyə kontuziya diaqnozu qoyulub. Daha əvvəl Almaniyaya aparılan səkkiz hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən bir əsgər isə İraqa qayıdıb”-deyə, o bildirib.
Gununsesi.org
COMMENTS