Paris-2024: Raman Saley finala vəsiqə qazanıb

  • By ilhame
  • 07 Sentyabr 2024 13:01

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

 

Gununsesi.info-nun məlumatına görə, idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmədə çıxış edib.

 

O, finişə 58.16 saniyəyə çatıb.

 

Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.

 

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.

Gununsesi.info