Qırğızıstan Prezidenti yerli özünüidarəetmə orqanlarını buraxıb, yeni seçkilər təyin edib

  • By ilhame
  • 06 Sentyabr 2024 22:36

Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının – Qeyd) buraxılması və yeni seçkilərin vaxtının təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Gununsesi.info-nun məlumatına görə, müvafiq sərəncam Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin saytında yerləşdirilib.

 

Sənədə əsasən, Qırğızıstanın bütün regionlarında yerli şuralara yeni deputatların seçkiləri 2024-cü il noyabrın 17-də keçiriləcək.

 

Qeyd olunub ki, Qırğızıstanın Batken və Leylek rayonlarının, Batken şəhərlərinin və Batken vilayətinin Sulukta şəhərlərinin yerli şuralarının deputatlarının seçkiləri inzibati-ərazi islahatı çərçivəsində dəyişikliklərin qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla həyata keçiriləcək.

 

Seçki aksiyalarının başlama tarixi sentyabrın 17-nə təyin edilib.

Gununsesi.info