Almaniyalı məşqçi qəzada öldü

  • By ilhame
  • 06 Sentyabr 2024 23:03

“Ayntraxt”ın gənclərdən ibarət komandasının baş məşqçisi Helge Raşe bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı məşqçinin idarə etdiyi avtomobil ağaca çırpılıb. Gənc mütəxəssis hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, Raşe 2020-ci ildən “Ayntraxt”da çalışırdı.

Gununsesi.info