Paris-2024: Onlar 1/4 finalda məğlub oldu

  • By ilhame
  • 07 Sentyabr 2024 13:17

Fransanın ev sahibliyi etdiyi Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

 

Gununsesi.info xəbər verir ki, cüdoçumuz İlham Zəkiyev (J1 kateqoriyası) 1/4 finalda məğlub olub.

 

Təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib. Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

 

Paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) da məğlub olub. 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

 

Rəqibinə məğlub olan D. Kərimova da təsəlliverici görüşə qatılacaq.

Gununsesi.info