
Tailandda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 15 işçi həlak olub.
Gununsesi.info xəbər verir ki, axtarış-xilasetmə qruplarının verdiyi açıqlamada ölkənin mərkəzi hissəsindəki Suphan Buri şəhərində atəşfəşanlıq fabrikində partlayışın olduğu qeyd edilib. Açıqlamada, ilkin təsbitlərə görə partlayışda ən azı 15 işçinin həyatını itirdiyi bildirilib.
Sosial şəbəkələrdəki paylaşımlar fabrikin yararsız hala düşdüyünü göstərir.
Gununsesi.info