
Gərginliyin artmasından sonra Pakistan və İran yanvarın 26-dək səfirlərini paytaxtlarına qaytarmağa razılaşıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Açıqlamaya görə, razılıq Pakistanın xarici işlər nazirləri Cəlil Abbas Cilani və İranın Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığından sonra əldə olunub.
Bundan əlavə, Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilaniin dəvəti ilə yanvarın 29-da İslamabada səfər edəcək.
Xatırladaq ki, yanvarın 16-da İran Pakistanın Bəlucistan əyalətindəki Ceyş əl-Ədl düşərgələrinə raket və PUA-dan zərbələr endirib.
Yanvarın 18-də Pakistan İranla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində “terrorçuların sığınacaqlarına” zərbələr endirib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Gununsesi.info