
Kirman şəhərində baş verən partlayışa görə daha əvvəl təxirə salınan İran prezidenti İbrahim Rəisinin Ankara səfəri yanvarın 24-də baş tutacaq.
Gununsesi.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi ilə görüşdükdən sonra Ankarada rusiyalı həmkarı Vladimir Putini qəbul edəcək.
2014-cü il iyunun 9-da Ankarada Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçirilib. Görüşdə o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan və İranın o zamankı prezidenti Həsən Ruhani sədrlik edib.
Görüşün sonunda qəbul edilən birgə bəyannamədə iki ölkənin qarşılıqlı maraqlara əsaslanan beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri əsasında ümumi maraq doğuran sahələrdə əlaqələrini möhkəmləndirməyə hazır olduqları vurğulanıb. Həmçinin, iki ölkənin regionlarında insanların rifahını yüksəldəcək və regional sabitliyin inkişafına töhfə verəcək iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
İbrahim Rəisinin yanvarın 24-də keçirilməsi planlaşdırılan Ankara səfəri ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.
Ərdoğanın sıx diplomatiya proqramında İran lideri İbrahim Rəisidən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Görüşdə Qəzzadakı problemlər və Rusiya-Ukrayna müharibəsindəki proseslərin müzakirə ediləcəyi, Qırmızı dənizdəki hadisələrin də müzakirə olunacağı bildirilir.
Gununsesi.info