
Pakistan hərbi qüvvələri qanunsuz olaraq sərhədi keçmək istəyən əfqanıstanlılara atəş açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ümumilikdə, on nəfər sərhədi qanunsuz keçmək istəyib.
Bildirir ki, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Öldürülənlərin cəsədlərinin sərhəd məntəqəsində olduğu qeyd edilir.