Azərbaycan sülhməramlıları Kabildə fransızları təhlükədən qorudu

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Gununsesi.info xəbər verir ki, avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabil aeroportundan təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.

Növbəti dəfə hərbçilərimiz 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər.