Məşhur aktyor film çəkilişi zamanı qarət olundu

Amerikalı aktyor Tom Kruz “Qeyri-mümkün missiya” filminin 7-ci seriyasının çəkilişləri zamanı qarət olunub.

Gununsesi.info xəbər verir ki, hadisə Birmingemdə baş verib.

Məlumata görə, aktyorun 100 min avro qiyməti olan BMW avtomobili otelin yanındakı parklama yerindən qaçırılıb. Avtomobilin yoxa çıxdığını aktyorun mühafizəçisi görüb.

Tom Kruz bildirib ki, avtomobilin salonunda onun bir neçə min funt-sterlinq dəyərində şəxsi əşyaları olub. Polis maşının yerini tezliklə müəyyənləşdirə bilib, lakin aktyora məxsus qiymətli əşyaları tapmaq mümkün olmayıb.