
İranın Ermənistandakı səfirliyi Gorus-Qafan yolunun bağlanmasına reaksiya verib.
Gununsesi.info xəbər verir ki, səfirlik yolun tezliklə açılacağına ümidini ifadə edib.
“Ümid edirik ki, Zəngəzurun sərhəd ərazilərində, xüsusilə Gorus-Qafan yolunda yaranmış mübahisə həllini tapar. Biz əvvəlki kimi ümid edirik ki, Azərbaycanla Ermənistan delimitasiya prosesini kommunikasiyalatın kəsilməyəcəyi şəkildə sülh atmosferində həyata keçirəcək”- açıqlamada deyilir.
Qeyd edək ki, artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb.