
Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Gununsesi.info DİN-nə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb.
Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.