3 azyaşlı övladı ilə itkin düşüb - Foto

Cəlilabadda 29 yaşlı qadın 3 azyaşlı övladı ilə itkin düşüb.

Gununsesi.info xəbər verir ki, rayonun Ləzran kənd sakini Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ş. Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat verə bilər.