Beyləqanda asfalt daşıyan “KamAZ” aşıb

  • By admin
  • 08 Avqust 2021 15:20

Beyləqan rayonu ərazisində “KamAZ” markalı yük avtomobili aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Mingəçevir – Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində baş verib.

“KamAZ” markalı yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin yük yerində olan asfalt yola dağılıb.

Nəticədə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.

Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.

Gununsesi.info