Elm və təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, 2022-23-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.

HTML tutorial

Qeyd edək ki, bu gün muxtar respublikanın 212 ümumtəhsil məktəbində son zəng çalınacaq.

Gununsesi.info