Nyu-Yorkda karantin tədbirləri uzadıldı

Nyu-Yorkda karantin tədbirləri uzadıldı

ABŞ-ın Nyu-York əyalətində koronavirus pandemiyası səbəbindən karantin tədbirləri iyunun 13-dək uzadılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib. Karantinin uzadılmasının səbəbi Nyu-Yorkda vəziyyətin getdikcə pisləşməsidir. Belə ki, son sutka ərzində burada daha 157 nəfər koronavirusdan dünyasını dəyişib.

Kuomonun digər sərəncamına əsasən isə bu gündən etibarən ştatın 5 ərazisində – Central New York, Mohawk Valley, North Country, Finger Lakes və Southern Tierdə məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq.

 

 

Gununsesi.org

COMMENTS