“Rusiyadan gələnlər, sadəcə, “evəgedirəm” portalında qeydiyyatdan keçməlidir”.
Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O, Dağıstanda qalan azərbaycanlıların sərhəddə toplaşması, polislə aralarında mübahisə yaranması məsələsinə də münasibət bildirib:
“Orada olan vətəndaşlara xəbərdarlıq edilmişdi. Sərhəddə toplaşmaq lazım deyildi. Yalnız və yalnız “evəgedirəm” portalından qeydiyyatdan keçmək lazımdır”.
Gununsesi.org
COMMENTS