“NTD-İndiqo” Azərbaycan Kubokunda ardıcıl ikinci qələbəsini qazanıb

  • By ilhame
  • 02 Mart 2024 21:59

Basketbol üzrə Azərbaycan Kubokunda daha bir oyun keçirilib.

 

Gununsesi.info-nun məlumatına görə, B qrupunda yer alan “NTD-İndiqo” ilə “Sərhədçi” komandaları üz-üzə gəliblər.

 

İlk turda rəqibləri üzərində qələbə qazanan klubların duelindən bu dəfə “NTD-İndiqo” üstün ayrılıb. “Sərhədçi”ni 104:70 hesabı ilə məğlub edən Tahir Baxşıyevin yetirmələri ölkə kubokunda ardıcıl ikinci qalibiyyətlərini qazanıblar.

 

Qeyd edək ki, bu gün keçirilən qrupun digər matçında “Sabah” “Şəki”ni 103:82 hesabı ilə məğlub edib.

Gununsesi.info