Azərbaycan paracüdoçusu reytinq xarakterli turnirdə gümüş medal qazanıb

  • By ilhame
  • 17 Fevral 2024 21:30

Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə Azərbaycan paracüdoçusu Vüqar Şirinli gümüş medal qazanıb.

Gununsesi.info-nun məlumatına görə, Qran-pridə 60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançı ikinci yeri tutub.

Qeyd edək ki, Vüqar Şirinli Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.

Gununsesi.info