Filippo İnzagini istefaya göndərir

  • By ilhame
  • 11 Fevral 2024 16:36

“Salernitana” baş məşqçisi Filippo İnzagini istefaya göndərib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Buna komandanın 2023/2024 mövsümündə A seriyasında uğursuz çıxışı səbəb olub.

 

İtaliya çempionatının 24 turundan sonra “Salernitana” 13 xal toplayıb və hazırda 20-ci yerdədir.

 

Xatırladaq ki, 50 yaşlı mütəxəssis “Salernitana”nın baş məşqçisi vəzifəsinə ötən ilin oktyabrında təyin olunmuşdu.

Gununsesi.info