Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb

  • By ilhame
  • 02 Mart 2024 22:59

Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.

 

Gununsesi.info xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu bıçaq xəsarəti alıb.

 

Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub.

 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

İ.Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu xəsarət yetirməkdə şübhəli bilinir.

 

Fakt araşdırılır.

Gununsesi.info