
Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrında böyük dramaturq Uilyam Şekspirin məşhur “Hamlet” faciəsinin premyerası baş tutub.
Gununsesi.info OLAY.az-a istinadən yazır ki, dünya dramaturgiyasının ən təsirli tragediyalarından sayılan “Hamlet” tamaşası həqiqi kədərdən bir qəzəbə çevrilmiş həyatı, dəlilik və dahilik arasındakı incə xətti, insan münasibətlərini, xəyanəti və mənəviyyatı sərgiləyib.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, ikinci rejissoru Səmayə Ağayarovadır.
Rollarda “Hamlet”i Elşən Əskərov, “Klavdin”i Əməkdar artist İlqar Cahangir, “Poloni”ni Əməkdar artist Qasım Nağı, “Qertruda”nı Könül Şahbazova, “Laerti”ni Elsevər Rəhimov, “Horatsio” Amin Əskərov, “Ofeliya”nı Səmayə Qulamzadə, “Müşavir” Bəhram Rəhimli, l məzarçını Orxan Əliyev, ll məzarçını Gülnar Əlfidatlı canlandırıb.
Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, tamaşa aprelin 5-də yenidən nümayiş olunacaq.
Gununsesi.info