“Bu məsələlərlə bağlı FHN ilə danışıqlar aparırıq”

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tibb müəssisələrindəki rentgen otaqlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı sualı cavablandırıb.

Gununsesi.info xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

İcraçı direktor qeyd edib ki, həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında maraqlıdırlar:

“Fövqəladə Hallar Nazirliyi ilə bu istiqamətdə müzakirələr aparırıq. Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen otaqlarının, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrimizin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna bütün tibb müəssisələrində bu istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq”.

 

 

Gununsesi.info