
Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu, Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işləri aparılır.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, işlərin 4 gün ərzində yekunlaşdırılması planlaşdırılır.
Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Gununsesi.info