Nikol Paşinyan Türkmənistana getdi

  • Müəllif: Orxan
  • 08 Oktyabr 2026 14:09

Ermənistan Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Türkmənistana yola düşüb.

Gununsesi.info xəbər verir ki, Paşinyan Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Paşinyan səfər öncəsi mediaya açıqlamasında Rusiya və Azərbaycan prezidentləri ilə ayrıca görüşlərinin planlaşdırılmadığı, ancaq təmasların ola biləcəyini deyib.

Gununsesi.info