Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının olacağını bildirib.
Gununsesi.info xəbər verir ki, Paşinyan bunu hökumətdə keçirilən brifinqdə deyib.
“Format elədir ki, həm Rusiya prezidenti, həm də Azərbaycan prezidenti ilə mütləq təmaslar olacaq. Bu gün də, sabah da eyni məkanda olacağıq”, – deyə o qeyd edib.
Paşinyan hər iki prezidentlə rəsmi görüşlərin nəzərdə tutulmadığını da bildirib.












