“Kəpəz” qələbə qazandı

  • By ilhame
  • 05 Aprel 2024 22:19

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

 

Gununsesi.info xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

 

“Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Turnir cədvəlinin alt pillələrində qərarlaşmış komandalar Mərdəkanda üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

 

Naxçıvan təmsilçisi hazırda 32 xalla 8-ci, Gəncə klubu isə 30 xalla 9-cu sırada qərarlaşıb.

 

Qeyd edək ki, bu turun “Turan Tovuz” – “Sabah”, “Qarabağ” – “Səbail” oyunları şənbə, “Zirə” – “Qəbələ”, “Neftçi” – “Sumqayıt” matçları isə bazar gününə təsadüf edəcək.

 

Azərbaycan Premyer Liqası

29-cu tur

5 aprel

 

“Araz-Naxçıvan” – “Kəpəz” 1:2

Qollar: Miço Kuzmanoviç, 16 – Martins Junior, 54. Mate Kvirkviya, 62.

Gununsesi.info