
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Binyamin Netanyahu, digər dövlət rəsmisi və Fələstin HƏMAS lideri Yəhya Sinvarın həbsinə order verilməsini istəyir.
Gununsesi.info xəbər verir ki, bu barədə BCM-nin baş prokuroru Kərim Xan məlumat yayıb.
Eyni zamanda siyahıya İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Gallant, HƏMAS-ın silahlı qanadının lideri Məhəmməd Deif, təşkilatın daha iki yüksək səviyyəli lideri İsmayıl Haniyənin və Məhəmməd Diab İbrahim əl-Masri də daxildir.
Netanyahu da daxil olmaqla bu şəxslərin hamısı BCM tərəfindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.
Məlumata əsasən aprel ayında Amerikanın NBC telekanalı BCM-nin Netanyahu, Qalan və digər dövlət məmurlarının həbsinə orderlər verə biləcəyini bildirmişdi.
Daha sonra Netanyahu ABŞ prezidenti Co Baydendən BCM-nin orderlər verməsinin qarşısını almağa kömək etməsini istəyib.
Qeyd edək ki, bundan əvvəl Kolumbiyanın BCM-dən Netanyahunun beynəlxalq həbsinə order verilməsini tələb etdiyi məlum olub.
Şəbnəm
Gununsesi.info