“Neftçi” HİK-ə qarşı – YENİLƏNİR

  • By admin
  • 03 Avqust 2021 22:11

“Neftçi” bu gün Avropa Liqasında mübarizəyə start verəcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HİK ilə ilk matçına çıxacaq.

Finlandiya təmsilçisi ilə ilk görüş Bakıda baş tutacaq. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan bu iki klubun Avroliqadakı mübarizəsində kimin qalib olacağı maraqla gözlənilir.

Xatırladaq ki, “Neftçi” ÇL-in ilk mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan “Olimpiakos”u ilə bacarmamışdı. HİK isə startda “Buduçnost” üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç “Malmö”sünə uduzub.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Helsinkidə keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust

21:00. Neftçi – HİK – 0:0 (İkinci hissə)
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 27. Fərid Yusifli

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun,
11. Roope Riski, 27. Filip Valençiç

Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 7. Luis Enrike, 9. Riku Riski, 29. Entoni Olusanya

***

Oyun başladı

***

İlk hissə qolsun başa çatdı. Komandalar fasiləyə yollanır.

***

İkinci hissə başladı.

Gununsesi.info