
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Tokio Yay Olimpiya Oyunlarında məğlubiyyəti barədə danışıb.
Gununsesi.info xəbər verir ki, o, medalsız qalmasını 1/4 finalda güclü rəqib – son Olimpiya çempionu Şohey Onoya qarşı düşməsi ilə əlaqələndirib.
Həmin videoaçıqlamanı təqdim edirik:
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov Musa Moquşkov (Rusiya) və Saman Maxmadbəyova (Tacikistan) qalib gəlsə də, 1/4 finalda 2016-cı il Rio Olimpiadası və 2019-cu ildə dünya çempionatının finallarında uduzduğu Şohey Ono ilə qarşılaşıb və ipponla uduzub. Daha sonra bürünc medal üçün təsəlliverici yarışa qatılan Rüstəm Akil Cakovaya (Kosovo) qalib gəlsə də, An Çan-qrimə (Koreya) yenilərək medalsız qalıb.
Gununsesi.info