
Tokio Olimpiadasında futbol turnirinin 1/4 finalı çərçivəsində keçirilən İspaniya – Kot-d’İvuar oyunu öz dramatikliyi ilə yadda qalıb.
Görüşün 91-ci dəqiqəsində afrikalılar 2:1 önə keçib. 92-ci dəqiqədə meydana çıxan Rafa Mir bir dəqiqə sonra hesabı bərabərləşdirərək İspaniyanı yenidən ümidləndirib.
Əlavə olunmuş hissələrdə o,daha iki qol vuraraq, het-trikə imza atıb. Sonadək daha bir dəfə fərqlənən prineylilər 5:2 hesabıyla yarımfinala adlayan tərəf olublar. Burada ispanları penaltilərlə Yeni Zelandiyaya qalib gələn ev sahibi Yaponiya gözləyir.
Gununsesi.info