Tokio-2020: Cüdoçumuz güləşməmiş qalib oldu

Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Gununsesi.info xəbər verir ki, 81 kq-da mübarizə aparan idmançımız 1/16 finalda sierre-leoneli Frederik Harrislə üz-üzə gəlməli idi.

Lakin rəqib bu görüşdə tatamiyə çıxmadığı üçün 1/8 finala adlayıb.