
PSJ və Madrid “Real”ı arasında səs-küylü futbolçu mübadiləsi baş verə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, “Yuventus” Kriştiano Ronaldunu PSJ-nin hücumçusu Mauro İkardi ilə dəyişdirə bilər.
Xatırladaq ki, K. Ronaldo 2018-ci ildən bəri “Yuventus”da top qovur.
36 yaşlı portuqaliyalı forvard ötən mövsüm 29 qolla İtaliya çempionatının bombardiri olub.
K.Ronaldonun Turin klubu ilə müqaviləsi 30 iyun 2022-ci il tarixində bitir.