Fransada zəlzələ olub

Fransanın cənub-qərbində 4,8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, zəlzələ Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb. Təbii fəlakətin episentri təxminən 5,8 min insanın yaşadığı Surjer kommunasından 10 kilometr aralıda yerləşib.

HTML tutorial

Seysmoloqların fikrincə, zəlzələnin mənbəyi 10 kilometr dərinlikdədir.

Qeyd edilir ki, dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info