FHN-nin iş vakansiyasına kütləvi axın

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi idarəsində işə qəbul üçün vakansiya qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, bu xəbəri eşidən Gəncə və Gəncə ətrafındakı sakinlər nazirliyin regional idarəsinə axın edib.

Minə yaxın vətəndaş nazirliyin idarəsi qarşısında növbələr yaradıb. Həmin növbələr zamanı vətəndaşlar arasında qarşıdurma halları da baş verib.

Gununsesi.info