Texas ştatı prezident seçkilərindən sonra ABŞ-dan ayrıla bilər

  • By ilhame
  • 03 Mart 2024 10:21

Texasda seçkili vəzifəyə namizədlərin çoxu ştatın ABŞ-dan ayrılmasını müdafiə edənlərdir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Texasın “Dallas Morning News” qəzeti yazıb.

 

Materialın müəllifləri ABŞ-da bir çox ştatları növbəti prezident seçkiləri üçün nümayəndələr təyin edəcəyi “Super çərşənbə axşamı”nın yaxınlaşması ilə bağlı həyəcan təbili çalırlar.

 

“Bəzi namizədlər Texasın məlum müstəqillik istəyinin tərəfdarıdırlar və ştatın ABŞ-dan ayrılmasını dəstəkləyirlər. “Texası geri qaytaraq” istəyinə imza atan namizədlərin sayı həyəcan vericidir.

 

Bu öhdəlik, seçilmiş vəzifəyə namizədin Texasın maraqlarını ABŞ-ın maraqlarından üstün tutacağı və ştatın Birləşmiş Ştatlardan ayrılması ilə bağlı referendum qanun layihəsini təşviq edəcəyi vədini ehtiva edir”,- məqalədə qeyd olunub.

Gununsesi.info