Tovuzda yol qəzası olub, baba və nəvə xəsarət alıb

  • By ilhame
  • 02 Mart 2024 21:49

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – 1957-ci il təvəllüdlü V.Hüseynov və nəvəsi, 2009-cü il təvəllüdlü E.Hüseynov xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info