Naqif Həmzəyevin seçicilərlə növbəti görüşü- FOTOLAR

Naqif Həmzəyevin seçicilərlə növbəti görüşü

“Hazırda partiyamız mühüm bir siyasi hadisələr ərəfəsindədir. 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Seçdiyi şüardan da partiyanın məqsəd və məramı aydın görsənir. Əvvəlki seçkilərdə “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru”, “Xalq üçün” şüarları da partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını təsdiqləyib”.

Gununsesi.org xəbər verir ki, bu sözlər Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyevin seçicilərlə görüşündə səsləndirilib.

Naqif Həmzəyev 28 illik zəngin və şərəfli inkişaf yol keçən, ümumxalq partiyasına çevrilən hakim partiyanın möhtəşəm nailiyyətlər əldə etməsindən, monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına dəyərli töhfələrini verməsindən, milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. O,Yeni Azərbaycan Partiyasının bu gün nəinki Azərbaycanda, eyni zamanda, regionun ən güclü və nüfuzlu qüvvəsinə çevrildiyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

Akif Süleymanov, Sahib Əmiraslanov və digər çıxış edənlər seçkilərə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə, seçicilərin etimadına güvəndiyini qeyd ediblər. Partiyanın bugünkü uğurları bir neçə gündən sonra növbədənkənar parlament seçkilərində də qələbə qazanacağını əminliklə söyləyən natiqlər fevralın 9-da seçki məntəqələrinə gedərək daha güclü Azərbaycan naminə ən layiqli namizədələrə səs verəcəklərinin bildiriblər.

Görüşün sonunda Naqif Həmzəyev seçicilərin təkliflərini dinlənilib, onları maraqlandıran suallara ətraflı cavab verib.

 

 

Gununsesi.org

COMMENTS