Gürcüstan müxalifəti sabahdan etibarən demokratik seçki mühitinin formalaşdırılması tələbi ilə etiraz aksiyalarını bərpa edəcək.
Gununsesi.org xəbər verir ki, bunu parlamentin müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasından olan deputat Roman Qotsiridze bildirib.
Onun sözlərinə görə, parlament binası, eləcə də prezident və hökumət administrasiyaları bloklanacaq.
R.Qotsiridze aksiyaların bölgələrdə də keçiriləcəyini deyib.
Qeyd edək ki, müxalifətin sabahkı aksiyası parlament binasının qarşısına təyin olunub.
Gununsesi.org
COMMENTS