Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib –FOTOLAR

Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib –

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa  namizədi Məlahət İbrahimqızı  parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü 5-ci mkr. Cavadxan küçəsi 3005-ci məhəllə ünvanında yerləşən Cavadxan parkında  keçirib.

Görüşlərdə deputatlığa namizəd  Məlahət İbrahimqızı qeyd edib ki, islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı,  insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar  islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tututr.

Azərbaycanın hüquq-demokratik dövlət olduğunu deyən Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Bu dəfəki parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.

Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız sadəcə vəd vermir, təqdim etdiyi seçki proqramı layiqincə yerinə yetirir.

M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Eyni zamanda, görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli bağlı fikirlərini bildiriblər. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

 

 

 

Gununsesi.org

COMMENTS